Nayl Makqinn: Azərbaycan üzərində qələbə də bizə bu yolda kömək edəcək

Şimali İrlandiya millisinin yarımmüdafiəçisi Nayl Makqinn Xorvatiyaya qarşı keçirdikləri yoxlama oyunundan (0:3) danışarkən, DÇ-2018-in seçmə mərhələsində Azərbaycan üzərində qazandıqları qələbədən (4:0) də söz açıb. Allsport.az saytı xəbər verir ki, o, uğur barədə bunu söyləyib:

“Xorvatiya ilə matçın nəticəsi məyusedicidir. Amma bizim üçün öncəki həftə daha vacib idi. Azərbaycanla oyunda çox önəmli 3 xal qazandıq. Bu, bizim Norveçlə oyuna daha yaxşı əhval ruhiyyədə, həm də qrup ikincisi kimi hazırlaşmağımıza imkan yaradacaq. Gələn il dünya çempionatına vəsiqənin taleyinə aydınlıq gətirmək istəyirik. Azərbaycan üzərində qələbə də bizə bu yolda kömək edəcək”.

Həmin kateqoriyadan