FOTO
Nazir Pirallahıda beynəlxalq triatlon turnirini izləyib

Fərid Qayıbov  Pirallahı adasında “IronWinD” beynəlxalq triatlon turnirini izləyib. Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi və Azərbaycan triatlon federasiyasının dəstəyi, “Triterra Baku triathlon club”ın təşkilatçılığı ilə iştirakçılar olimpiya məsafəsində yarışıblar.

İdmançılar qələbə uğrunda 1,5 km üzüb, sonra 40 km velosiped sürüb və 10 km qaçıblar. Turnirdə 60 idmançı mübarizəyə qoşulub və onlardan 7-si xarici ölkə (İngiltərə, Fransa, Rusiya, Ukrayna və s.) təmsilçiləri olublar.

Yarışı eləcə də Azərbaycan triatlon federasiyasının prezidenti Azər Məhərrəmov, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov da izləyiblər.

Возможно, это изображение (5 человек, люди стоят и на открытом воздухе)
Возможно, это изображение (8 человек, люди стоят и на открытом воздухе)

Həmin kateqoriyadan