«Neftçi» İdman Klubunda maaşlar azaldılıb

«Neftçi» İdman Klubunda (əvvəlki adı «Neftçi» İdman-Sağlamlıq Mərkəzi) məşqçilərin məvacibi demək olar ki, yarıbayarı azaldılıb. Bu barədə allsport.az saytına məlumat daxil olub. Mənbənin sözünə görə, vəziyyətin istənilməyən məcraya yönəlməsinə səbəb, böyük ehtimalla, dünyada neftin qiymətinin ucuzlaşmasıdır. Yəni, ictimayi birliyin himayədarı olduğu ARDNŞ-ın gəlirlərinin azalmasıdır. Yüksək liqasında mübarizə aparan «Neftçi» İK-in futzal komandasında vəziyyət sabitdir. Oyunçuların maaşlarından şikayət etmirlər.

Bu arada mərkəzin Suraxanı rayonunda yerləşən bazasının «Qarabağ» klubuna təhvil verməsi ilə bağlı ölkə KİV-ində yayılan xəbərlər özünü doğruldub. Sözü gedən qurumun, eləcə də «Neftçi» futbol komandasının prezidenti Sadıq Sadıqov bir müddətdir ki, elə həmin rayonda, Qaraçuxur qəsəbəsində yerləşən yeni qərargahda əyləşir. «Neftçi» İK-in təzə binasının 3-4 mərtəbəli və yaxşı həyətyanı ərazisi olduğu söylənilir.

 

Həmin kateqoriyadan