“Neftçi” ukraynalı məşqçi ilə anlaşmanı rəsmiləşdirib

“Neftçi” ukraynalı məşqçi Aleksandr Deriberin ilə müqavilə bağlayıb. Allsport.az saytı xəbər verir ki, 49 yaşlı mütəxəssis mövsümün sonuna qədər əsas komandanın məşqçisi vəzifəsində işləyəcək.

Aleksandr Deriberin 1967-ci il fevralın 25-də Maykop şəhərində anadan olub. Futbolçu karyerası ərzində “Drujba” Maykop (1985-1989, 1992-1993), “Spartak” Anapa (1990), “Ximik” Beloreçensk (1991) və “Etalon” (1991) klublarının şərəfini qoruyub.

Ukraynanın “Nafkom” (2005-2007), “Zvezda” Kirovoqrad (2010-2011) və “Desna” (2011-2012) klublarında baş məşqçi vəzifəsini yerinə yetirib. Köməkçi məşqçi kimi isə “Niva” (2004-2005) və Ukrayna U-17 milli komandasında (2004-2006, 2008-2010) işləyib.

Həmin kateqoriyadan