“Neftçi”də qazancının 1/3 hissəsini aliment ödəyəcək

“Neftçi”nin yeni baş məşqçisi Laurensiu Reqekampf tanınmış futbol meneceri Anamariya Prodanla boşanma prosesindədir. Allsport.az saytı xəbər verir ki, məhkəmədə əsas müzakirə mövzusu cütlüyün Bebeto kimi tanınan oğludur. Onun övladı ilə nə vaxt görüşə biləcəyi və ona görə ödəniləcək alimentin məbləği bəlli olub.

O, oğlunu həftədə 2 dəfə (2 və 4-cü günlər) öz evinə apara bilər. Bundan başqa, ata Laurensiunun övladını 1 ay – konkret olaraq iyulda yanında saxlamaq hüququ var.

Alimentə gəlincə, məhkəmə qərarına əsasən, “Neftçi”nin baş məşqçisi aylıq gəlirinin 1/3 hissəsini aliment kimi oğluna ödəməlidir.

Həmin kateqoriyadan