“Neftçi”də yeni təyinatlar

Əsas komandanın son oyunlarda uğursuz çıxışı müşahidə şurasının ötən ayın 28-də yığışmağa məcbur edib. Allsport.az saytı xəbər verir ki, həmin iclasda klubda islahatların davam etdirilməsi haqqında qərarlar, eyni zamanda, ayın 9-da klubun səhmdarları ilə keçirilmiş görüşdə bunun ən qısa zamanda yerinə yetirilməsi nəzərdə tutan “Neftçi” bir sıra ciddi qərarlar qəbul edib.

– “A” komandanın baş məşqçisi vəzifəsinə Elxan Abdullayev təyin edilsin, müqaviləsi mövsümün sonuna kimi bağlanılsın;
– Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov təyin edilsin;
– Klubun idman direktoru vəzifəsinə Orxan Hüseynzadə təyin edilsin;
– Klubun inzibati işlər üzrə baş meneceri vəzifəsinə İslam Abbasov təyin edilsin;
– Klub strukturunun dəyişdirilməsi istiqamətində aparılan işlər davam etdirilsin.

 

Həmin kateqoriyadan