- Baxış sayı: 8
- 02 Noyabr 2026 12:05
- Baxış sayı: 267
- Oktyabr 25, 2026
- 0

Mövsümün sonunda “Neftçi”dən ayrılan Qoran Paratskinin yeni klubu müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
O, “Slaven”lə (Belupa) müqavilə bağlayıb. 32 yaşlı futbolçu “ağ-qaralar”a ötən ilin yayında Yeni Zelandiyanın “Vellinqton Feniks” klubundan keçmişdi.