Nestorun agenti: “Rodriqonun “Zenit”ə keçidi mümkündür”

Futbol agenti Andre Küri, “San-Paulu”nun yarımmüdafiəçisi Rodriqo Nestorun Sankt Peterburq “Zenit”inə mümkün transferinə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, braziliyalı futbolçu üçün Rusiya klubunda rəsmi təklif olmadığını deyib:

“Bəli, belə bir transfer mümkündür. Klubla əlaqə saxlayırıq. Amma hələ ki, rəsmi təklif yoxdur. Rodriqo “Zenit”ə keçməyin əleyhinə deyil. O, özünü Rusiya premyer liqasında sınamaq istəyir”.

22 yaşlı orta xətt oyunçusu bu mövsüm “San Paulo”nun heyətində 35 matça çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun dəyəri 7 milyon avro qiymətləndilir.

Həmin kateqoriyadan