Nikolay Adam: “Bütün gücümüzü sərf edəcəyik ki, beşinci yeri tutaq”

FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan – Koreya Respublikası oyunundan sonra komandamızıın baş məşqçisi Nikolay Adam fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Komandamda yorğunluq var idi. Bu da ikinci hissədə özünü göstərdi. Ardıcıl 2 gərgin oyun keçirmək çıxışımıza ciddi təsir göstərdi. Futbolçular bacardıqlarını etdilər. Komandamla fəxr edirəm. Qarşıda daha bir oyunumuz var. Futbolçularım həmin oyunu artıq indidən səbirsizliklə gözləyirlər. Bütün gücümüzü sərf edəcəyik ki, beşinci yeri tutaq”.

Həmin kateqoriyadan