- Baxış sayı: 29
- 02 İyul 2026 16:20
- Baxış sayı: 97
- İyul 01, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettino DÇ-2026-nın 1/16 finalında Bosniya və Hersoqovina üzərində qazanılan 2:0 hesablı qələbədən sonra emosional açıqlama verib:
“Mən çox qürur duyuram. Futbolçular buna tam layiqdirlər. Çox yaxşı, çox güclü komandaya qarşı necə mübarizə apardığımızı gördünüz. Bütün oyunçularımla, bütün məşqçi heyəti ilə fəxr edirəm. Azarkeşlərimiz də bu gün yenə möhtəşəm idilər. Belə bir anı yaşamaq inanılmaz hissdir.”
Kubok uğrunda mübarizə aparmaq ehtimalı barədə suala Poçettino belə cavab verib: “Niyə də yox?” ABŞ idmanında bu ifadə autsayder komandaların simvolik şüarı hesab olunur. Yəni əvvəlcədən favorit sayılmayan, lakin taleyi dəyişdirə və gözlənilməz uğur qazana biləcəklərinə inanan komandaları ifadə edir.