O da İnfantinonun planına “yox” dedi

O da İnfantinonun planına “yox” dedi

KONKAKAF FİFA-nın dünya çempionatının paylarının özəl investorlara satılması ilə bağlı təşəbbüsünü rədd edib.

Allsport.az xəbər verir ki, qurum bununla bağlı rəsmi bəyanat yayıb.

Bildirilib ki, KONKAKAF rəhbərliyi və quruma üzv olan 41 milli assosiasiyanın nümayəndələri FİFA prezidenti Canni İnfantinonun dünya çempionatının paylarının özəl investorlara satılması ilə bağlı təklifini müzakirə ediblər.

Müzakirələr zamanı təklifin müvafiq idarəetmə prosedurlarından keçməməsi, qərarın sürətlə qəbul etdirilməyə çalışılması və FİFA-nın rekord gəlir əldə etdiyi dünya çempionatından sonra əlavə özəl investisiyaya ehtiyacın əsaslandırılmaması ciddi narahatlıq doğurub.

Nəticədə KONKAKAF və ona üzv olan 41 assosiasiya təklifi rədd edib.

Qurum həmçinin FİFA prezidentinə nizamnaməyə uyğun idarəetmə prosedurlarına əməl edilməsinin vacibliyini çatdırmağı da qərara alıb.

KONKAKAF bəyanatında vurğulanıb ki, futbolun gələcəyi və onun ən böyük sərvəti futbol ailəsinin əlində qalmalıdır.

Həmin kateqoriyadan