Olimpiadanın nümayəndə heyətinin şef-de missionu müəyyənləşib

Milli paralimpiya komitəsində (AMPK) “Tokio-2020” XVI yay paralimpiya oyunlarına hazırlıq ilə bağlı işlər davam etdirilir. Allsport.az xəbər verir ki, komitə “Tokio-2020”yə hazırlığın sonuncu mərhələsinə başlayıb.

Bununla bağlı AMPK-nın prezidenti İlqar Rəhimovun sədrliyi ilə iclas keçirilib. İclasda Rəhimov komitə əməkdaşlarına hazırlıqla bağlı müvafiq tapşırıqlar verib və eyni zamanda “Tokio-2020” yay paralimpiya oyunlarında iştirak edəcək Azərbaycan komandasının şef-de missionu və onun müavinlərini təyin edib.

Komitə prezidentinin qərarına əsasən, Rauf Mürsəlov komandanın şef-de-missionu, Elxan Rəhimov, Azər Tapdıqov və Leyli Yusifli şef-de-missionun müavinləri təyin ediliblər.

Həmin kateqoriyadan