“Olimpiya gündəliyi-2020 və olimpiya hərəkatınn gələcəyi” mövzusunda seminar-konfrans

2-5 oktyabrda paytaxtda Avropa Milli Olimpiya Akademiyalarının iştirakı ilə “Olimpiya gündəliyi-2020 və olimpiya hərəkatınn gələcəyi” mövzusunda seminar-konfrans keçirilir. Allsport.az saytı xəbər verir ki, tədbirdə iştirakçılar olimpiya hərəkatı və oyunları, olimpiya dəyərləri haqqında məruzə ilə çıxış edəcəklər. Yığıncaq Avropa Olimpiya Akademiyasının dəstəyi ilə olimpiya təhsilinin təbliği və olimpiya idmanınında elmi-tədqiqat işlərinin aktivləşdirilməsi məqsədi daşıyır.

Seminar – konfransın təşkilatçıları Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Təhsil Nazirliyidir. Ən yaxşı 3 məruzə diplomlarla mükafatlandırılacaq. 3–4 oktyabrda məruzə çıxışları və Avropa Olimpiya Akademiyaları Assosiyasiyasının təşəbbüs iclasları keçiriləcək.

Tədbirdə MOK-un baş katibi Ağacan Abiyev və vitse-prezident Çingiz Hüseynzadə olimpiya dəyərlərinin təbliği barəsində geniş danışıblar, ilin əvvəlindən “idman hamı üçün”, “gender bərabərliyi” şüarları ilə fəaliyyət proqramından söz ediblər.

Həmin kateqoriyadan