“Olimpiya günü” davam etdir

Milli olimpiya komitəsi və Nəsimi rayon icra hakimiyyətinin təşkilatçılığı, həmçinin Rio-2016-nın mükafatçısı Rüstəm Orucovun iştirakı ilə beynəlxalq olimpiya günü qeyd olunub.

Allsport.az saytı xəbər verir ki, basketbol və velosiped federasiyalarının idmançıları, çerlidinq federasiyasının yığma komandasıının üzvlərı və futbol fristayleri Nicat Səfərovun qatıldığı tədbirdə insanalrın eyvalanlardan izləməsi üçün maraqlı idman hərəkətləri nümayiş olunub.

Tədbirin əsas məqsədi karantin rejimində yaşayış yerindən ayrılmadan əhali, xüsusilə uşaq və gənclər arasında olimpiya hərəkatını təbliğ və təşviq etmək olub. Karantin rejiminin bütün qaydalarına riayət olunan tədbir Nəsimi rayonunda binaların əhatəsində yerləşən nümunəvi bir həyətdə baş tutub.

Bina sakinləri əhəmiyyətli tarixi birgə qeyd etmək üçün eyvanlardan öz dəstəklərini əsirgəməyiblər. Tədbiri izləmək yalnız eyvanlardan mümkün olub.

Həmin kateqoriyadan