Olimpiya günü münasibətilə tədbir keçirildi

Beynəlxalq olimpiya günü münasibətilə Azərbaycan milli olimpiya komitəsinin və Nəsimi rayon icra hakimiyyətinin təşkilatçılığı, “Rio-2016” yay olimpiya oyunlarının mükafatçısı Rüstəm Orucovun iştirakı ilə növbəti tədbir keçirilib. Allsport.az xəbər verir ki, basketbol və velosiped İdmanı federasiyalarının idmançılarının, çerlidinq federasiyasının milli komandasının üzvlərinin və futbol fristayleri Nicat Səfərovun icra etdikləri hərəkətləri sakinlər eyvanlardan izləyib və təkrarlayıblar.

Tədbirin məqsədi karantin rejimi dövründə yaşayış yerindən ayrılmadan əhali, xüsusilə uşaq və gənclər arasında olimpiya hərəkatını təbliğ və təşviq etmək olub. Karantin rejiminin bütün qaydalarına riayət olunan tədbir Nəsimi rayonunda binaların əhatəsində yerləşən nümunəvi həyətdə baş tutub.

Həmin kateqoriyadan