Olimpiya halqaları Tokio körfəzinə gətirilib

Olimpiya oyunlarının əsas rəmzlərindən olan halqalar Tokionun mərkəzində yerləşdirilib. Allsport.az saytı xəbər verir ki, körfəzdə quraşdırılmış göy, sarı, qara, yaşıl və qırmızı rəngli kompozisiya olimpiada başa çatana qədər burada qalacaq.

Tokio-2020 bu il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışlar bir il təxirə salınıb. Təşkilat komitəsinin iyunda qəbul etdiyi qərara əsasən, gələn il yarışlar 3 əsas prinsipə uyğun olaraq təşkil ediləcək: təhlükəsiz şəraitin yaradılması, xərclərin minimuma endirilməsi və oyunların qaydalarının sadələşdirilməsi.

Həmin kateqoriyadan