FOTO
Ölkə başçısı və ailəsi Milli gimnastika arenasının yeni məşq binasında olublar

Prezidenti İlham Əliyev, 1-ci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli gimnastika arenasının yeni məşq binasında olublar. Allsport.az saytı xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov onlara yeni məşq binasında yaradılan şərait barədə məlumat verdi.

Tikinti ötən ilin sentyabrında başa çatdırılıb. Burada kişi və qadın idman gimnastikası, bədii gimnastika, batut gimnastikası, ümumilikdə gimnastikanın 7 növü üzrə məşqlər keçirilir. Binada məşqçi və həkim otaqları, həmçinin gimnastlar üçün istirahət otaqları, fitnes və xoreoqrafiya zalları fəaliyyət göstərir. Burada hovuz da yaradılıb. Yeni binada eyni vaxtda 100 nəfər məşq edə bilər. Binanın ikinci mərtəbəsində idmançıların yaşayışı üçün 60 çarpayılıq 19 otaq vardır.

Bir sözlə, MGA-nın yeni məşq binasında təlim-məşq toplantıları təşkil etmək, gimnastikanın müxtəlif növləri üzrə təlim keçmək və beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılıb. Yeri gəlmişkən, gələn ay burada batut gimnastikası üzrə Dünya Çempionatının keçirilməsi nəzərdə tutulur. Ümumilikdə isə gələn il MGA-da bir sıra mötəbər beynəlxalq yarışların təşkili planlaşdırılır.

Həmin kateqoriyadan