Ölkə kubokunun sahibləri

“Şüa” idman kompleksində yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 2004-2007-ci il təvəllüdlü qızların şəxsi mübarizəsindən Ləman Abdulhəmidova, oğlanların yarışından isə Kənan Pənahov qalib ayrılıb.

2008-ci il və kiçik yaşlılar arasında keçirilən yarışda Arzu Aslanova bütün rəqiblərinə qalib gəlib. Oğlanlardan Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

2004-2007-ci il təvəllüdlü idmançıların qoşa yarışında Zemfira MikayılovaLəman Abdulhəmidova dueti ilə Hacımurad MəmmədbəyovTahir Qubadov tandemi qələbə qazanıb.

2008-ci il və kiçik təvəllüdlü tennisçilərin qoşa turnirində qızlardan Arzu Aslanova ilə Mərziyyə Nurmətova, oğlanlardan Adil Əhmədzadə ilə Rüstəm Hacılı ölkə kubokuna sahib çıxıb.

Qarışıq qoşa turnirində 2004-2007-ci il təvvəllüdlülərdən Kənan Pənahovla Ləman Abdulhəmidova, 2008 və kiçik təvəllüdlülərdən isə Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qələbə çalıb.

Fərqlənən idmançılara AGİN-in diplomları və ASTF-nin medal və qiymətli hədiyyələri təqdim olunub.

Həmin kateqoriyadan