Öncə Rossi, sonra Yurçeviç

AÇ-2020-nin seçməsində Macarıstan – Azərbaycan oyunu ərəfəsində mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, görüşdən bir gün əvvəl, sabah tədbirlər aşağıda qeyd olunan məkanlarda və vaxtda keçiriləcək.

12 oktyabr
Macarıstan milli komandası
Saat 15:30. Mətbuat konfransı, “Qloball Hotel”
Saat 16:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, “Qloball Hotel”in məşq meydançası.

Azərbaycan milli komandası
Saat 18:00. Mətbuat konfransı, “Qroupama Arena”
Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, “Qroupama Arena”

Hər 2 mətbuat konfransı və məşqin saatı yerli vaxtla göstərilib. Qeyd edək ki, oktyabrın 13-də Budapeştdə “Qroupama Arena”da matç saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan