- Baxış sayı: 56
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 260
- Oktyabr 25, 2026
- 0

İngiltərə millisinin sabiq futbolçusu Co Koul DÇ-2026-nın yarımfinalında Argentina ilə keçiriləcək oyun barədə danışıb.
Allsport.az xəbər verir ki, o, Lionel Messinin təhlükəli futbolçu olduğunu qəbul etsə də, İngiltərənin onu zərərsizləşdirəcəyinə inandığını bildirib:
“Messinin İngiltərəyə qarşı ilk oyunu olacaq? Onu yatızdıracağıq. Ayaq üstə yatızdıracağıq, buna yüz faiz əminəm. Bunu indidən deyirəm, dünya çempionatının finalına yüksələn tərəf biz olacağıq”.
İngiltərə ilə Argentina arasında DÇ-2026-nın yarımfinal oyunu iyulun 16-da Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.