“Onun çıxışlarını bəzən maraqla izləyirəm”

Allsport.az xəbər verir ki, Sankt-Peterburq “Zenit”inin idarə heyətinin üzvü Andrey Arşavin, Rusiyada 2023-cü ilin ən yaxşı futbolçusunu seçib:

“2023-cü ilin ən yaxşı rusiyalı oyunçusu? Rusiyanın özündən seçməsək, bu Qolovindir. Rusiyada bilmirəm. Qolovin “Monako”da yaxşıdır. Onun çıxışlarını bəzən maraqla izləyirəm”.

Bu mövsüm 27 yaşlı futbolçu Fransa klubunun heyətində 15 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı rusiyalının dəyərini 30 milyon avro qiymətləndirir.

Həmin kateqoriyadan