- Baxış sayı: 50
- 08 Noyabr 2026 20:55
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Türkiyənin “Göztəpə” klubunun baş məşqçisi Oqan Buruq “Zirə”yə qarşı keçirdikləri yoxlama oyunundan danışıb. Allsport.az saytı xəbər verir ki, o, yerli mətbuata açıqlamasında 1:1 hesablı heç-heçəni belə şərh edib:
“Zirə” ilə matçda hər şey istədiyimiz kimi, yaxşı alınmadı. Amma uşaqların meydandakı çalışqanlığı xoşuma gəldi. Öz oyunumuzu qarşıdakı matçlarda daha da yaxşılaşdırmağa çalışacağıq ki, yeni mövsümün startına tam hazır olaq”.