Otüstü hokkeyçilərimiz Dünya Hokkey Liqasında 3-cü yeri tutdu

Uruqvayın paytaxtı Montevideoda qadınların Dünya Hokkey Liqasının 2-ci raundu başa çatıb. Allsport.az saytı xəbər verir ki, 3-cü yer uğrunda görüşdə millimiz meksikalı həmkarları ilə qarşılaşıb. Hesabı okeanın o taylıları açıblar. 4-cü dəqiqədə Marlet Korrea qapızımı düz nişan alıb.

Amma otüstü hokkeyçilərimiz rəqibi buna peşman edib. Ardıcıl 2-3 periudlarda dalbadal 5 qol vuran Adil Paşayevin komandası matçın taleyini həll edib. Öncə Lübov Drujinina (7), sonra kapitan Xatirə Əliyeva (22) fərqlənib. Daha sonra Anastasiya Tsyanska (23, 29, 35) het-trik edib. Meksikalırın 52-ci dəqiqədə 1 qol da vurması yalnız təsəlli olub.

Qələbə millimizi Dünya Hokkey Liqasının 3-cü raunduna adlamaq imkanını saxlayıb. Gələn ay martda Hindistan paytaxtı Dehli və İrlandiyanın baş şəhəri Dublində keçiriləcək eyni yarışların yekununda, bürünc medal qazananlar arasında ən yüksək reytinqə malik kollektiv növbəti mərhələyə çıxmaq hüququna yiyələnəcək.

Həmin kateqoriyadan