Otüstü hokkeyçilərimiz Dünya Hokkey Liqasında qrupda maksimum nəticə göstərdilər

Uruqvayın paytaxtı Montevideoda qadın milli komandaların Dünya Hokkey Liqasının 2-ci raundunun matçları davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün Azərbaycan seçməsi «B» qrupunda son matçını keçirib. Adil Paşayevin komandası Keniya otüstü hokkeyçiləri ilə görüşüb və rəqibini böyük hesabla üstələyib – 5:0. Fəridə Məmmədova het-trik edib (6, 13, 34), 28-ci dəqiqədə Lyubov Drujinina və Anastasiya Tsyanska hərəyə bir dəfə fərqləniblər.

Xatırladaq ki, ilk 2 matçda millimiz Trinidad-Tobaqonu 5:1, Fransanı 3:2 məğlub edib. Bu nəticə ilə yığmamız qrupda ilk yeri tutub. Belədə, qızlarımız fevralın 19-da «A» qrupunun sonuncusu ilə qarşılaşacaq. 2-ci pilləni tutanlar isə, digər qrupun 3-cücüsü ilə üz-üzə gələcək. Daha sonra çərək finalın qalibləri fevralın 21-də yarımfinalda qarşılaşacaq.

Final oyunu ertəsi gün baş tutacaq. Həlledici matça vəsiqə qazananlar Dünya Hokkey Liqasının 3-cü raunduna birbaşa vəsiqə qazanacaq. Uraqvayda bürünc medal qazanan komanda da belə bir şansa sahib ola bilər. Belə ki, martda Hindistan paytaxtı Dehli və İrlandiyanın baş şəhəri Dublində baş tutacaq eyni yarışların yekununda, 3-cü yeri tutanlar arasında ən yüksək reytinqə malik kollektiv növbəti mərhələyə çıxmaq hüququna yiyələnəcək.

Həmin kateqoriyadan