Paracüdoçularımız olimpiadaya Zaqatalada hazırlaşır

Milli paralimpiya komitəsinin cüdo üzrə qadınlardan ibarət milli komandasının Zaqatalada təlim-məşq toplanışı başlayıb. Allsport.az xəbər verir ki, paracüdoçularımız baş məşqçi, paralimpiya çempionu Ramin İbrahimovun rəhbərliyi altında iyulun 10-dək hazırlıq prosesində iştirak edəcəklər.

Təlim-məşq toplanışı yay paralimpiya oyunlarına hazırlıq məqsədi daşıyır.

Qadın paracüdoçularımızdan Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (70 kq+) artıq “Tokio-2020-yə lisenziya qazanıblar.

Həmin kateqoriyadan