Paralimpiya komandamızın Tokioya yola salma mərasimi

Bu gün paralimpiyaçılarımız Tokioya yola düşüb. 

Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava limanında yolasalmada komandanı gənclər və idman nazirliyi idman şöbəsinin müdiri Fərid Mansurov, milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, 2-ci Vətən müharibəsi iştirakçıları, qazilər, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

24 avqust- 5 sentyabrda keçiriləcək Tokio paralimpiya oyunlarında 36 idmançımız 6 idman növündə, 47 proqramda mübarizə aparacaqlar.

Həmin kateqoriyadan