Paralimpiya komitəsi qazilərlə görüşdü

Milli paralimpiya komitəsinin üzvləri ilə vətən müharibəsi qaziləri arasında görüş baş tutmuşdur.

Allsport.az xəbər verir ki, Şirvan olimpiya idman kompleksində ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşaraq sağlamlığını itirmiş qazilərin paralimpiya hərəkatına cəlb edilməsi məqsədi ilə vətən müharibəsində şücaət göstərmiş bir qrup qazi ilə görüş keçirilmişdir.

Görüşdə Qarabağ qaziləri Qəmbər Salayev, Həbib Səlhəngov, Fuad Dadaşov, Pərvin Əhmədov və Yusif Əsədov, milli paralimpiya komitəsinin idman şöbəsinin müdiri Rauf Mürsəlov, 2 qat paralimpiya çempionu, atletika idman növü üzrə milli komandanın baş məşqçisi Oleq Panyutin, pauerliftinq idman növü üzrə milli komandanın baş məşqçisi İlqar İbişov, Şirvan şəhər uşaq-gənclər idman-şahmat məktəbinin stolüstü tennis bölməsinin məşqçisi Anar Abdullayev və məktəbin boks bölməsinin baş məşqçisi Qalib Cahangirov iştirak etmişdir.

Həmin kateqoriyadan