Paralimpiya komitəsi və reqbi federasiyası arasında görüş

Milli paralimpiya komitəsi və Azərbaycan reqbi federasiyası arasında görüş olub. Allsport.az saytı xəbər verir ki, toplantıda AMPK-in prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, ARF-in prezidenti Elşən Abbasov, birinci vitse-prezident Elvar Osmanov, vitse-prezident Müşfiq Cəfərov, baş katib Samirə Allahverdiyeva və digərləri iştirak ediblər.

Görüşdə əlil arabasında reqbi idman növünün ölkəmizdə inkişaf perspektivləri müzakirə olunub. Reqbinin kütləviləşməsi istiqamətində Bakıda və regionlarda mütəmadi görüşlər təşkil olunur, mütəxəssislər üçün təlimlər keçirilir.

Sonda qurumlar arasında qarşılıqlı əməkdaşlıq məsələləri istiqamətində fikir mübadiləsi aparılıb. 

Həmin kateqoriyadan