Paralimpiya komitəsində görüş

19 noyabr 2021-ci il tarixində Azərbaycan respublikası Milli paralimpiya komitəsinin baş katibi Kamal Məmmədov qış idman növləri üzrə milli komandanın bir neçə üzvü ilə görüşmüşdür.

Allsport.az xəbər verir ki, komitənin baş katibi K.Məmmədov idmançıların hazırki fiziki və psixoloji durumları ilə maraqlanaraq bildirib ki, məqsəd qarşıda gələn yarışlarda uğurlu nəticələr əldə etmək və ilk dəfə olaraq qış paralimpiya oyunlarına lisenziya qazanmaqdır.

Komitənin qış idman növləri üzrə milli komandasının üzvləri Daşqın Abbasov və Mehman Ramazanzadə öz növbələrində komitə rəhbərliyinə hazırki hazırlıqları haqda məruzə etmiş, qarşıdan gələn yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklərini vurğulamışlar.

Daha sonra qış idman növləri üzrə milli komandanın idmançılarına yeni idman formaları təqdim edilmişdir.

Qeyd edək ki, qış idmanının kross-kantri idman növündə iştirak edən Mehman Ramazanzadə 19 noyabr 2021-ci il tarixndə Rusiya federasiyasının Ufa şəhərində keçiriləcək təlim-məşq toplantısına yola düşəcək. Təlim-məşq toplatısının məqsədi 13-19 dekbar 2021-ci il tarixlərində Finlandiyanın Vuokatti şəhərində keçiriləcək Avropa kubokuna hazırlıqdır.

Dağ xizəyi idman növü üzrə milli komandanın üzvü Daşqın Abbasov baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında 23-29 noyabr 2021-ci il tarixlərində Avstriyanın Resterhöhe şəhərində keçiriləcək Avropa çempionatına yola düşəcək.

XIII qış paralimpiya oyunları 04-13 mart tarixlərində Çin xalq respublikasının paytaxtı Pekində keçiriləcək.

Həmin kateqoriyadan