Paralimpiya oyunlarında ölkəmizi təmsil edəcək daha 5 idmançı

Milli paralimpiya komitəsinin atletika idman növü üzrə milli komandansının üzvləri Elvin Astanov, Elmir Cəbrayılov, Səid Nəcəfzadə, Həmid Heydərli və Yelena Çebanu Tokio 2020 XVI yay paralimpiya oyunlarında ölkəmizin şərəfini qoruyacaqlar. Allsport.az xəbər verir ki, sonuncu açıq Avropa çempionatında uğurla iştirak etmiş idmançılarımız
Astanov, Cəbrayılov, Nəcəfzadə və Həmidli, eləcə də reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr əldə etmiş Çebanu Tokio 2020 yay paralimpiya oyunlarında iştirak hüququnu qazanıblar.

Beləliklə, paralimpiya oyunlarında ölkəmizi təmsil edəcək atletlərimizin sayı 8-ə çatıb. Oluxan Musayev, Kamil Əliyev və Samir Nəbiyev daha
öncə sünya çempionatında göstərdikləri nəticələrə görə oyunlara iştirak hüququ qazanmışdırlar.

Milli paralimpiya komitəsinin idmançıları Tokio 2020 yay
paralimpiya oyunlarına artıq 18 lisenziya əldə ediblər.

Həmin kateqoriyadan