Komandanın bir hissəsi Vətənə dönüb

Bu gün milli paralimpiya komandasının bir qrup üzvü Vətənə qayıdıb.

Allsport.az xəbər verir ki, Tokio 2020 yay paralimpiya oyunlarında komandamızın üzgüçülük idman növü üzrə təmsilçiləri Raman Saleh, Vəli İsrafilov, atletika idmannövü üzrə təmsilçiləri Orxan Aslanov, Samir Nəbiyev, taekvondo idman növü üzrə təmsilçi Əbülfəz Abuzərli vətənə qayıdıblar.

Raman Saleh, Vəli İsrafilov və Orxan Aslanov qızıl medal qazanan idmançılarımızdandır. Qarşılanma mərasimində milli paralimpiya komitəsinin işçiləri, Bakı şəhər gənclər və idman baş idarəsinin əməkdaşları və idmançılarımızın ailə üzvləri iştirak edib. Mərasim zamanı idmançılarımız öz təəssüratlarını mətbuat nümayəndələri ilə bölüşüblər.

Komandamızın növbəti qrupu 7 sentyabr 2021-ci il tarixində vətənə qayıdacaqlar.

Həmin kateqoriyadan