- Baxış sayı: 67
- 29 İyul 2026 11:58
- Baxış sayı: 229
- Avqust 05, 2026
- 0

Polşanın Budqoş şəhərində keçirilən açıq Avropa çempionatında milli paralimpiya komitəsinin atletika idman növü üzrə idmançısı, T13 kateqoriyasında iştirak edən Elmir Cəbrayılov medal qazanıb. Allsport.az xəbər verir ki, Elmir Cəbrayılov 400 m qaçış növündə 49.88 saniyə nəticə göstərərək yarışın qızıl medalını qazanıb.
Daha öncə F53 kateqoriyasında iştirak edən Elvin Astanov nüvə itələmə növündə 8.23 m nəticə göstərərək yarışın qızıl ,T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək yarışın qızıl, T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5.67 m nəticə göstərərək bürünc, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə göstərərək yarışın gümüş medalını qazanıb.