- Baxış sayı: 56
- 23 Avqust 2026 21:29

- Baxış sayı: 299
- Avqust 20, 2026
- 0


Massaçuseç ştatının paytaxtı Bostonda keçirilən Dünya Kubokunun 1/32 finalında Almaniya və Paraqvay milliləri üz-üzə gəliblər.
Allsport.az saytı xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində güney amerikalılardan Xulilo Ensiso hesabı açıb.
Avropalıların cavabı 2-ci yarıda olub. 54-cü dəqiqədə Kay Xaverç bərabərlik qolunu vurub.
Əsas hissə və əlavə vaxt bu hesabla bitib. 11-metrlik cərimə zərbələrində Almaniya millisi pis başlasa da, Paraqvay futbolçuları son 2 topu tora göndərə bilməyiblər. Amma 6-cı vuruşda da avropalılar dəqiq olmayıblar. Bu dəfə güney amerikalılar fürsəti qaçırmayıblar – 4:3.