Paraqvaylı senatordan Mbappeyə irqçi açıqlama

Paraqvaylı senatordan Mbappeyə irqçi açıqlama

Paraqvay senatoru Seleste Amarilya Fransa millisinin hücumçusu Kilian Mbappe barədə qalmaqallı açıqlamaları ilə yenidən gündəmə gəlib.

Allsport.az xəbər verir ki, senator mətbuat konfransında daha əvvəl sosial şəbəkədə paylaşdığı irqçi fikirləri etiraf etsə də, buna görə üzr istəməkdən imtina edib:

“Bəli, Kilian Mbappe haqqında paylaşımım irqçi idi. Buna görə də onu sildim. Amma üzr istəməyəcəyəm. Deməli olduğumu dedim.

Mən elə bir nəslin nümayəndəsiyəm ki, bu cür ifadələri işlətmək adi hal hesab olunurdu. İndi isə başqa Seleste Amarilya olmağa, fərqli insanlarla birgə yaşamağı öyrənməyə çalışıram.

Amma Mbappe, Paraqvayı kiçiltmə. Biz vaxtilə Ronaldinyonu da həbs etmişik. Mən Mbappeyə qarşı gender və siyasi zorakılıq iddiası ilə məhkəməyə müraciət edə bilərəm. Üzr istəməli olan odur”.

Senatorun bu açıqlamalarından sonra Paris prokurorluğu onun Mbappe barədə səsləndirdiyi irqçi ifadələrlə bağlı araşdırmaya başlayıb.

Həmin kateqoriyadan