- Baxış sayı: 52
- 16 Sentyabr 2026 11:22
- Baxış sayı: 78
- Sentyabr 16, 2026
- 0

Azərbaycanın paraüzgüçülük üzrə millisinin üzvləri Raman Salei, Əli Vəliyev və Murad Məmmədov Gəncə idman sarayında təlim-məşq toplanışında iştirak edirlər.
Allsport.az xəbər verir ki, məşqçilər Faiq Əsgərov və Fyodor Kirillovun rəhbərliyi altında avqustun 19-da başlayan toplanış sentyabrın 4-dək davam edəcək.
Toplanış sentyabrın 7-12-də Türkiyənin Qocaəli şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.