- Baxış sayı: 111
- 14 Sentyabr 2026 21:46
- Baxış sayı: 201
- Sentyabr 13, 2026
- 0

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb.
Allsport.az xəbər verir ki, turnir Şıx çimərliyi ərazisində yerləşən yelkən mərkəzində təşkil olunur.
İkinci yarış günündə Azərbaycan və Türkiyədən olan idmançılar “Optimist” və “İLCA4” sinifləri üzrə mübarizəni davam etdiriblər. İştirakçılar küləyin istiqaməti və sürətindən asılı olaraq müəyyənləşdirilən marşrut üzrə bir neçə yürüşdə güclərini sınayıblar.
Hər yürüşün nəticəsi ayrıca qiymətləndirilib və yekun sıralama toplanan xallar əsasında müəyyənləşəcək. Daha az xal toplayan idmançı daha yüksək mövqe tutacaq.
Çempionatda yekun nəticələr bütün yarış günlərində keçirilən yürüşlərin nəticələri nəzərə alınmaqla hesablanacaq. Sentyabrın 14-də final yürüşləri keçiriləcək və bundan sonra siniflər üzrə qaliblər müəyyənləşəcək.
Mükafatlandırma mərasimi sentyabrın 14-də saat 16:00-da baş tutacaq. Qaliblər diplom və medallarla təltif olunacaq, bütün iştirakçılara isə sertifikatlar təqdim ediləcək.