Dünya kubokuna hazırlıq

Dünya kubokuna hazırlıq

Allsport.az saytı xəbər verir ki, iclasda Bakıda keçiriləcək yarışın təşkilati və texniki məsələlərin nizamı, qeydiyyat, nəqliyyat, qidalanma, eləcə də açılış və mükafatlandırma mərasimləri müzakirə olunub. Dünya kubokunun başlamasına bir aydan az müddət qalması nəzərə alınaraq, qarşıda duran əsas vəzifələr və növbəti mərhələdə görüləcək işlər müəyyənləşdirilib.

Toplantıda ASF-nin prezidenti Zaur Əliyevlə yanaşı, icraçı vitse-prezident Xaliq İldırımzadə, vitse-prezident Jalə Əhmədova, Bakı Su İdman Sarayının rəhbəri Əjdər Rəhimov, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov, əməliyyatlar üzrə direktor Fuad Balakişiyev, əməliyyatlar üzrə meneceri Nərgiz Rüstəmova və yerli təşkilat komitəsinin digər üzvləri iştirak ediblər.

Həmin kateqoriyadan