- Baxış sayı: 114
- 09 Avqust 2026 13:33
- Baxış sayı: 112
- Avqust 11, 2026
- 0

Beynəlxalq kanoe federasiyası rusiyalı və belaruslu idmançılarla bağlı qərar qəbul edib.
Allsport.az xəbər verir ki, “Padl vorldvayd” 2027-ci il yanvarın 1-dən Rusiya və Belarus idmançılarının yarışlara məhdudiyyətsiz buraxılmasını planlaşdırır.
Həmin tarixə qədər idmançılar yarışlarda neytral statusda iştirak edə biləcəklər. 2027-ci ildən etibarən isə onların milli adlar, rəmzlər, forma, bayraq və himnlə çıxışına icazə veriləcək.
Qurumun açıqlamasında qərarın beynəlxalq olimpiya komitəsinin 2023-cü ilin iyununda qəbul edilən siyasətə əsas olmuş tövsiyələri müvəqqəti ləğv etməsindən sonra verildiyi bildirilib.
Eyni zamanda qeyd olunub ki, 2027-ci il yanvarın 1-dək keçirilməsi hüququ verilmiş yarışlarda istisnalar mümkün ola bilər. Əgər yerli qanunvericilik və ya hakimiyyət orqanlarının məcburi qərarları rusiyalı və belaruslu idmançıların tamhüquqlu iştirakına mane olarsa, onlar rəsmi mərasimlərdə bayraq və himnsiz çıxış edə bilərlər.
Daha sərt məhdudiyyətlər tətbiq ediləcəyi halda isə idmançılar yarışlara neytral statusda buraxılacaqlar.