“Kürü keçək?! 5” yarışı keçirilib

“Kürü keçək?! 5” yarışı keçirilib

Bu gün Mingəçevirdə, Kür çayının sahilində “Kürü keçək?! 5” açıq suda üzmə yarışı keçirilib.

Allsport.az xəbər verir ki, yarış gənclər və idman nazirliyi, Azərbaycan üzgüçülük federasiyası və Bakı şəhər halqası əməliyyat şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

Sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə təşkil olunan “Kürü keçək?!” yarışı Mingəçevirdə artıq 5-ci dəfə təşkil edilib.

Yarış 12 yaşdan 75 yaşadək üzgüçüləri bir araya gətirib. Bu il ilk dəfə olaraq yarış iki məsafə üzrə təşkil olunub – 350 metr və 1000 metr. İştirakçılar kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə mübarizə aparıblar.

Gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışda aşağıdakı iştirakçılar qalib adını qazanıblar:

350 metr:

12-17 yaş (qızlar)

1. Aleksandra Slepenko

12-17 yaş (oğlanlar)

1. Yusif Sofiyev

⁠18-23 yaş (qızlar)

1. Gülarə Nəzərova

18-23 yaş (oğlanlar)

1. Matsvey Danilau

24-35 yaş (qızlar)

1. Tubu Abdulzade

24-35 yaş (oğlanlar)

1. Hüseyn İsnayıllı

36-55 yaş (qadınlar)

1. Yelena Dubentsova

36-55 yaş (kişilər)

1. Roman Vladıka

⁠56-70 yaş (qadınlar)

1. Natalya Baykova

56-70 yaş (kişilər)

1. Pyotr Kuvshinov

71 yaşdan yuxarı (kişilər)

1. Vaqif Nəsibov

1000 metr:

12-17 yaş (qızlar)

1. Məryam Cavadova

12-17 yaş (oğlanlar)

1. Fərhad Şirməmmədli

⁠18-23 yaş (qızlar)

1. Alisa Belaya

18-23 yaş (oğlanlar)

1. Səid Həmidov

24-35 yaş (qızlar)

1. Fatimə Alkərəmova

24-35 yaş (oğlanlar)

1. Zaur Arkaniya

36-55 yaş (qadınlar)

1. Natalya Mordasova

36-55 yaş (kişilər)

1. Roman Qalavatskiy

⁠56-70 yaş (qadınlar)

1. Olena Timçenko

56-70 yaş (kişilər)

1. Anatoliy Baykov

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan üzgüçülük federasiyasının (ASF) prezidenti Zaur Əliyev və digərləri təqdim ediblər.

Həmin kateqoriyadan