- Baxış sayı: 42
- 08 Sentyabr 2026 22:51
- Baxış sayı: 244
- Sentyabr 08, 2026
- 0

Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən eyniadlı göldə karpfişinq (balıqtutma) üzrə Azərbaycan çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, 3 gün davam edən yarışın yekun nəticələrinə əsasən, “Bakı” Balıqçılar və Sualtı Ovçular Klubunun “Karp Pro” komandası – Azər Əliyev, Nihad Camalov və Hüseyn Qeibi Azərbaycan çempionu olub.
“Delfinq Fişinq Klubu”nun “Qarabağ” komandası – Sahil Ağamalıyev, İsa Əliyev və Elmir Səfiyev ikinci, Azərbaycan Karpfişinq Klubunun “AzKarp” komandası – Əhməd Məmmədov, Faiq Şirinbəyli və Əli Məmmədov isə üçüncü yeri tutublar.
Qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar. Həmçinin çempionatın ən böyük balığını tutan “Karp Pro” komandasına kubok təqdim edilib.
Qeyd edək ki, karpfişinq sazan balığının xüsusi üsullarla tutulmasına əsaslanan idman növüdür. Bu idman növündə balığın tutulması ilə yanaşı, iştirakçıların texniki hazırlığı, taktiki yanaşması və səbr nümayiş etdirməsi də mühüm rol oynayır. Tutulmuş balıqlar hakimlər tərəfindən qiymətləndirildikdən sonra zədə yetirilmədən yenidən suya buraxılıb.