Balıqtutma üzrə ölkə çempionatı keçiriləcək

Balıqtutma üzrə ölkə çempionatı keçiriləcək

Sahildən balıqtutma (Surfkastinq) üzrə Azərbaycan çempionatı keçiriləcək.

Allsport.az xəbər verir ki, sentyabrın 19-da Bakıda, veloparkın qarşısında, Şıx çimərliyi ərazisində keçiriləcək çempionatda müxtəlif balıqçılıq klublarını təmsil edən 30-dan çox iştirakçı mübarizə aparacaq.

Yarış surfkastinq üzrə beynəlxalq qaydalara uyğun təşkil olunacaq. Tutulan balıqlar müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək və ən yüksək nəticə göstərən iştirakçılar müəyyənləşəcək.

Qaliblər diplom, medal və digər hədiyyələrlə mükafatlandırılacaqlar.

Həmin kateqoriyadan