Gəncə kubokuna start verilib

Gəncə kubokuna start verilib

Allsport.az xəbər verir ki, beynəlxalq üzgüçülük turnirində ən azı 150 VA əmsala xalına malik 150-yə yaxın idmançı iştirak edir.

Yarışda paralimpiya, deflimpiya və xüsusi olimpiya nümayəndələri də mübarizə aparırlar.

İkinci dəfə təşkil olunan sınaqda ilk dəfə xarici ölkələrin təmsilçiləri də çıxış edir. Belarus və Gürcüstan komandaları yarışa qatılıblar.

Açılış mərasimində çıxış edən Azərbaycan üzgüçülük federasiyasının baş katibi Oqtay Atayev bildirib ki, bu cür turnirlər ölkədə üzgüçülüyün inkişafına töhfə verir. Onun sözünə görə, gələcəkdə yarışda daha çox ölkənin iştirak etməsi nəzərdə tutulur.

Həmin kateqoriyadan