- Baxış sayı: 70
- 08 Sentyabr 2026 19:42
- Baxış sayı: 243
- Sentyabr 08, 2026
- 0

Azərbaycanın kayak və kanoe üzrə idmançıları Belarusun paytaxtı Minskdə keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər.
Allsport.az xəbər verir ki, sentyabrın 10-13-də “Şanxay əməkdaşlıq təşkilatı ölkələrinin 2026-cı il açıq kuboku” keçiriləcək.
Nüfuzlu beynəlxalq turnirdə Azərbaycanı 3 idmançı təmsil edəcək. Mustafa Vəlizadə və Elmir Tarverdiyev kayak, Hüseyn Səmədli isə kanoe növündə mübarizə aparacaq.
İdmançıların hazırlığına böyük məşqçi Mirnazim Cavadov rəhbərlik edəcək.