- Baxış sayı: 54
- 25 Avqust 2026 15:54
- Baxış sayı: 23
- Avqust 27, 2026
- 0


Mingəçevirdə “Sağlam həyat üçün avar çək!” devizi altında kütləvi idman tədbiri təşkil olunub.
Allsport.az xəbər verir ki, Kür olimpiya tədris-idman mərkəzində keçirilən tədbirdə 50-dən çox yeniyetmə və gənc avarçəkən kayak, kanoe və akademik avarçəkmə qayıqlarında nümunəvi çıxışları ilə yadda qalıb.
Tədbirin keçirilməsində əsas məqsəd avarçəkmə idman növünün geniş kütlələr arasında təbliği, sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması və insanların su idman növlərinə marağının gücləndirilməsidir.