Açıq Azərbaycan çempionatı start götürüb

Açıq Azərbaycan çempionatı start götürüb

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına start verilib.

Allsport.az xəbər verir ki, yarış federasiyanın Şıx çimərliyi ərazisində yerləşən yelkən mərkəzində təşkil olunur.

Açılış mərasimində iştirakçılara yarışın reqlamenti, mübarizə qaydaları və çempionatda iştirak edən idmançılar barədə məlumat verilib. Rəsmi hissənin ardından yarışlara start verilib.

Çempionatda Azərbaycanla yanaşı, Türkiyədən 10 idmançı “Optimist” və “İLCA4” sinifləri üzrə mübarizə aparır. Yarış sentyabrın 14-dək davam edəcək.

Mükafatlandırma mərasimi sentyabrın 14-də saat 18:00-da keçiriləcək. Qaliblər diplom və medallarla təltif olunacaq, bütün iştirakçılara isə Azərbaycan su idman növləri federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.

Həmin kateqoriyadan