- Baxış sayı: 56
- 14 Sentyabr 2026 21:42
- Baxış sayı: 201
- Sentyabr 13, 2026
- 0

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub. Allsport.az xəbər verir ki, yarış federasiyanın Şıx çimərliyində yerləşən yelkən mərkəzində baş tutub.
Azərbaycan və Türkiyədən olan idmançıların iştirak etdiyi çempionatda “Optimist” və “İLCA4” siniflərində mübarizə aparılıb. Üç gün davam edən yarışda iştirakçılar küləyin istiqaməti və sürətinə uyğun müəyyənləşdirilən marşrut üzrə müxtəlif yürüşlərdə bacarıqlarını nümayiş etdiriblər.
Yarışın bağlanış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idmana göstərilən dövlət dəstəyindən danışıb. Nazir Azərbaycan yelkənçiləri ilə yanaşı, Türkiyə təmsilçilərini də salamlayıb və çempionatın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. F.Qayıbov idmançıları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Çempionatın qalibləri diplom, medal və federasiya tərəfindən hədiyyələrlə mükafatlandırılıb. Yarışda iştirak edən bütün idmançılara sertifikatlar təqdim olunub.
Həmçinin 2025-ci ilin Azərbaycan çempionları Kamal Bəşirli (“Optimist”) və Davud Babazadənin (“ILCA4”) adları yelkən idmanının ənənəvi şərəf lövhəsinə həkk olunub.
Yarışın nəticələri:
Açıq Azərbaycan çempionatı
“Optimist” / U-12
“Optimist” / Qızlar
“Optimist” / Ümumi
Azərbaycan çempionatı
“Optimist” / U-12
“Optimist” / Qızlar
“Optimist” / Ümumi
“İLCA4”