- Baxış sayı: 49
- 27 Avqust 2026 11:53
- Baxış sayı: 121
- Avqust 27, 2026
- 0


31 avqust – 2 sentyabr aralığında Azərbaycan çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, akademik avarçəkmə, kayak və kanoe növləri üzrə yarış Mingəçevir şəhərində yerləşən Kür olimpiya tədris-idman mərkəzində təşkil olunacaq.
Ölkə çempionatında Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.
Avarçəkənlər akademik avarçəkmə və kayak növündə 1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda mübarizə aparacaqlar. Həmçinin Azərbaycan çempionatında ilk dəfə kayak üzrə qarışıq cütlüklərin yarışı baş tutacaq.
Ölkə çempionatı sentyabr-oktyabr aylarında baş tutacaq ənənəvi “Mingəçevir reqatası-2026” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.