- Baxış sayı: 52
- 08 Sentyabr 2026 22:51
- Baxış sayı: 357
- Sentyabr 08, 2026
- 0

Azərbaycanın paraüzgüçüləri Raman Salei və Əli Vəliyev Qocaəlidə keçirilən Avropa çempionatında bu gün növbəti dəfə finalda mübarizə aparacaqlar.
Allsport.az xəbər verir ki, “S12” kateqoriyasında çıxış edən Raman Salei 50 metr məsafəyə sərbəst üsulla üzmə üzrə təsnifat mərhələsində 24,70 saniyə nəticə göstərərək finala vəsiqə qazanıb.
“S10” kateqoriyasında mübarizə aparan yeniyetmə paraüzgüçü Əli Vəliyev isə 400 metr məsafəyə sərbəst üsulla üzmə üzrə birbaşa finalda çıxış edəcək.
Yarışın ilk iki günündə Raman Salei 100 metr məsafəyə arxasıüstə üzmədə 1:03,55 nəticə ilə 4-cü, 100 metr məsafəyə kəpənək üsulu ilə üzmədə isə 59,18 saniyə nəticə ilə 5-ci olub.
Əli Vəliyev isə 200 metr məsafəyə qarışıq üzmə üzrə finalda 2:32,99 nəticə ilə 8-ci yeri tutub.