- Baxış sayı: 71
- 08 Noyabr 2026 23:36
- Baxış sayı: 300
- Noyabr 09, 2026
- 0

İtaliyanın Varenze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında yüngül çəkili idmançıların mübarizəsinə yekun vurulub.
Allsport.az xəbər verir ki, Azərbaycanı yarışda Ziya Məmmədzadə və Nurlan Paşayev təmsil ediblər.
İkinəfərlik qayıq yarışında çıxış edən cütlük final yürüşündə finiş xəttini ikinci keçərək Avropa çempionatının gümüş medalına sahib çıxıb.
Ziya Məmmədzadə və Nurlan Paşayev bu ilin 12–14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə dünya kubokunda da bürünc medal qazanıblar.