- Baxış sayı: 62
- 28 Avqust 2026 18:31
- Baxış sayı: 9
- Sentyabr 01, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, 1–2 sentyabrda Mingəçevir şəhərində akademik avarçəkmə, kayak və kanoe üzrə ölkə çempionatının püşkatmasında Azərbaycan su idman növləri federasiyasının nümayəndələri, hakimlər və məşqçilər iştirak ediblər.
Mərasimin nəticələrinə əsasən, idmançıların çıxış edəcəkləri qruplar, start ardıcıllığı və məsafələr müəyyənləşib. Yarışa paytaxt və Mingəçevirdən 100-dən artıq idmançı qatılacaqlar. Onlar akademik avarçəkmə, kayak üzrə 1 və 2nəfərlik, kanoe üzrə isə yalnız 1 nəfərlik qayıqlarda mübarizə aparacaqlar.
Ölkə çempionatında ilk dəfə olaraq kayak üzrə qarışıq cütlüklərin yarışı da keçiriləcək.Bu çempionat həmçinin sentyabr–oktyabr aylarında keçirilməsi planlaşdırılan ənənəvi “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.